Polisin həyat yoldaşını öldürməsi ilə bağlı DYP-dən - Münasibət

Polisin həyat yoldaşını öldürməsi ilə bağlı DYP-dən - Münasibət
SOSİAL
12:35 27.12.2017
1260
Baş Dövlət Yol Polisi İdarəsi dünən Bərdə rayonunda yol polisi əməkdaşının öz arvadını bıçaqlaması barədə yayılan xəbərə münasibət bildirib.

AZXEBER.COM-un məlumatına görə, idarənin şöbə rəisi Kamran Əliyev "Report”a deyib ki, Bərdə rayon Yol Polisi Bölməsinin inspektoru Sevindik Şəmşir oğlu Məmmədovun həyat yoldaşını bıçaqlaması barədə məlumat araşdırılıb: 

"Bildiririk ki, Bərdə rayon DYP Bölməsində belə bir insan çalışmır. Yol polisində Şükürov Sevindik Şəmşir oğlu adlı əməkdaş olub ki, o da Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında işləyib. Lakin xidmətdə yol verdiyi ciddi nöqsanlara görə bir neçə il öncə daxili işlər orqanlarından xaric edilib”.
OXŞAR XƏBƏRLƏR