Sumqayıtda polislər moruq satan gənclərə qarşı təzyiq göstəriblər.
AZXEBER.COM-un məlumatına görə, jurnalist Mehman Hüseynov öz facebook səhifəsində bu barədə paylaşım edib.
Polis əməkdaşları günorta saatlarında moruq satan gənclərə yaxınlaşıb onlara küçə satışının qeyri-qanuni olduğunu deyiblər. Polisə etiraz edən gənclər, təzyiqlə üzləşiblər. Nəticədə polislər moruq arabasını aşırdıblar.
Jurnalist qeyd edir ki, polislər bir-iki vedrə moruğu da özləri ilə götürüb, aparıblar.


