Polislər moruq satan gənci təhqir edib, moruqları dağıtdı - FOTO

SOSİAL
13:48 19.08.2016
8425
Sumqayıtda polislər moruq satan gənclərə qarşı təzyiq göstəriblər. 
AZXEBER.COM-un məlumatına görə, jurnalist Mehman Hüseynov öz facebook səhifəsində bu barədə paylaşım edib.
Polis əməkdaşları günorta saatlarında moruq satan gənclərə yaxınlaşıb onlara küçə satışının qeyri-qanuni olduğunu deyiblər. Polisə etiraz edən gənclər, təzyiqlə üzləşiblər. Nəticədə polislər moruq arabasını aşırdıblar. 
Jurnalist qeyd edir ki, polislər bir-iki vedrə moruğu da özləri ilə götürüb, aparıblar.
OXŞAR XƏBƏRLƏR