Ölkəmizdə son vaxtlar yağan yağışlar bir sıra fəsadlar törədib.
Xüsusi ilə Bakı şəhərində yollar su altında qalıb, nəqliyyatın hərəkəti çətinləşib.
AZXEBER.COM Bizimyol-a istinadən xəbər verir ki, Xırdalan və Sulutəpə ərazilərində evlər su altında qalıb. Bu gün Binəqədi rayonunda polis əməkdaşları çətin vəziyyətdə qalmış vətəndaşları yağış sularından xilas ediblər.



