Polislər xidməti maşına qadınları götürdülər, turistlərə söz atdılar - VİDEO

Polislər xidməti maşına qadınları götürdülər, turistlərə söz atdılar - VİDEO
SOSİAL
17:55 10.09.2022
530
Polisin xidməti maşınında qeyri-etik hərəkətlər edilməsini əks etdirən görüntülər yayılıb.

Belə ki, polislər vəzifə başında olarkən xidməti maşına qızları mindiriblər.

Bu zaman qızlardan biri Yol Patrul Xidmətinin hərəkətdə olan maşınında yerləşdirilən səsgücləndiricilərdən istifadə edərək, yoldan ötən turistlərə qarşı da etik olmayan davranış sərgiləyiblər.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a bildirilib ki, sosial şəbəkələrdə yayılan bu videodan xəbərdardırlar:

"Hazırda nazirlik tərəfindən araşdırma aparılır”.
OXŞAR XƏBƏRLƏR