Polisləri döyməkdə ittiham olunan ailədən- Açıqlama

Polisləri döyməkdə ittiham olunan ailədən-  Açıqlama
SOSİAL
15:53 20.05.2016
2206
Nərimanov RPİ-nin yüksək vəzifəli şəxslərinin döyülməsi barədə bu gün “Qafqazinfo”da məlumat yayımlanıb.
İlkin informasiyalara görə, Nina İbrahimova, qızı 1991-ci il təvəllüdlü Rəbiyyə və oğlu 1980-cı il təvəllüdlü Anar İdarənin İstintaq və Təhqiqat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fərman Fərmanovun üzünə, şöbənin baş inspektoru olan kapitan Samir Ağayevin boğazına, Post Partul Xidməti Bölüyünün kiçik serjantı Əvəz Hənifəyevin gözünün altına, 18-ci Polis Bölməsinin sahərə rəisi, mayor Əbsəlim Salıyevin üzünə və sahə inspektoru, kapitan Faiq Süleymanovun gözünə xəsatət yetiriblər.
Hadisədə adı hallanan Nina İbrahimova açıqlamasında olayın necə baş verdiyini danışıb: “Coşqun Orucov bizim “moyka”nın yanında qaraj açıb, sonradan qanunsuz olaraq onu “moyka” kimi işlədirdi. Apellyasiya məhkəməsi onun qanunsuz olması ilə bağlı qərar verib. Aprelin 8-də bizim “uçaskovı” Abusəlim evimizə gəlib dedi ki, Nina xanım, səni Fərman Fərmanov (Nərimanov RPİ-nin İstintaq və Təhqiqat Şöbəsinin rəisi) çağırır. Dedi ki, “moyka” məsələsi ilə bağlıdır. Məhkəmənin qərarını götürüb getdim, otağa girən kimi Fərman Fərmanov məni söyüb “sən nə lotuluq edirsən, qoymursan ki, Coşqun “moyka” işlətsin” dedi. Qərarı ona verdim, kağızları üzümə çırpıb Abusəlimə tapşırdı ki, bunun evini nəzarətda saxlayın: "Qızını da, oğlunu da, bunu da atacağam içəri". Aprelin 15-də 82 yaşlı anam rayondan gəlmişdi, oğlum ona görə bizdə idi. Bizim “moyşik” zəng edib dedi ki, polislər gəlib.
Samir Ağayevlə Fərman Fərmanov mənə dedilər “moyka”nı bağla. Onlardan “moyka”nın bağlanması barədə rəsmi qərar tələb etdim. Bu vaxt gördüm polislər qızımla oğlumu evdən itələyərək çıxarıb gətirirlər. Bütün bunlar videoya çəkilib, orada polislər oğlum Anarla qızıma təzyiq göstərir. Biz də “Qorotdel”ə general Mirqafar Seyidova şikayət etmək üçün getdik. Sonra bizi Nərimanov polisinə gətirdilər, heç bir səbəb demədən gecə saat 1-ə işləmişə kimi orada saxlayıblar.
Oğluma deyiblər “yaz ki, mən polisləri dubinka ilə döymüşəm”.
Nina İbrahimova qeyd edir ki, Nərimanov rayon prokuroru Vüqar Əliyevin müdaxiləsindən sonra onun oğlunu buraxıblar: “Allah prokuror Vüqar müəllimin köməyi olsun. Mən çəkdiyimiz videoları diskdə aparıb ona verdim, özü baxdı. Nərimanov polisinin rəisinə zəng edib dedi niyə tutmusuz? Onlar da dedi ki, polisləri döyüb. Vüqar müəllim dedi ki, gir Yutuba bax, gör kim-kimi döyüb. Bundan sonra oğlumun üstündə 221-ci (xuliqanlıq – red.) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə - red.) maddəni götürdülər, özünü də sərbəst buraxdılar. Bunu da Vüqar müəllim etdi. Oğlum neçə gün xəstəxanada yatdı, hələ də sağalmayıb”.
Baş verənlərlə bağlı Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
///“Qafqazinfo”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də zəlzələ baş verdi
20:54 10.05.2025
ABŞ-də zəlzələ baş verdi
İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıldı - VİDEO
20:32 10.05.2025
İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıldı - VİDEO
Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır
20:23 10.05.2025
Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır
Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır
20:16 10.05.2025
Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır
Ağstafada iki maşın toqquşdu - Xəsarət alanlar var
20:06 10.05.2025
Ağstafada iki maşın toqquşdu - Xəsarət alanlar var
Mingəçevirdə yas-yasa qarışdı
19:50 10.05.2025
Mingəçevirdə yas-yasa qarışdı
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
19:33 10.05.2025
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
19:18 10.05.2025
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
19:06 10.05.2025
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
19:01 10.05.2025
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
18:57 10.05.2025
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
18:51 10.05.2025
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
18:44 10.05.2025
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
18:41 10.05.2025
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
18:35 10.05.2025
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
18:31 10.05.2025
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR