Polislərin qaçırdığı avtomobillə bağlı - RƏSMİ AÇIQLAMA

SOSİAL
14:22 27.05.2016
1933
Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhər sakini, Elmir Tapdıqova məxsus itmiş avtomobilin 1 saylı cərimə meydançasında tapılması ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev açıqlamasında bildirib ki, sözügedən avtomobilin üzərindəki dövlət nömrə nişanı axtarışda olan digər maşına məxsus imiş: “O maşının üzərində axtarışda olan avtomobilin nömrəsi olub. Sürücü də parketmə qaydalarını pozduğuna görə, aprel ayının 8-də duracağa aparılıb.
Duracaqda müəyyən olunub ki, avtomobil axtarışdadır. Cərimə meydançasına polis bölməsindən də əməliyyatçılar dəvət olunub. Məlum olub ki, nömrə axtarışda olan avtomobilə məxsusdur, amma maşın faktiki olaraq həmin maşın deyil. Sonra müəyyənləşib ki, “Mitsubishi Pajero” markalı avtomobilin nömrəsi 90 LO 919 olub. Lakin üzərindəki nömrə bir başqa oğurluq maşının nömrəsi olub. Məsələlər müəyyənləşdirildikdən sonra həmin avtomobilin buraxılmasıyla bağlı sənəd verilib”.
Xatırladaq ki, Bakı şəhər sakini, Elmir Tapdıqov bir neçə gün əvvəl polisə müraciət edərək özünə məxsus “Mitsubishi Pajero” markalı, 90 LO 919 dövlət nömrə nişanlı avtomobilin qaçırıldığını bildirib.
Həyata keçirilən axtarışlar nəticəsində qaçırılmış avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin 11 saylı cərimə meydançasında tapılıb.
///AzNews.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:39 13.02.2025

Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ

15:36 13.02.2025

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - Sərəncam

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Bağıraraq danışan adamlar yalançı olur" - Cavidandan Əli Nura cavab

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?