Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib

Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
SİYASƏT
12:24 29.06.2025
322
Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən Rusiyanın güc strukturları xətt çəkib.

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Report”a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, Rusiyada baş vermiş son hadisələr iki tərəfli münasibətlərə xələl gətirib:

"Azərbaycan və Rusiya arasında bir sıra sazişlər, eləcə də müttəfiqlik haqqında saziş imzalanıb. Bu sazişlərdən sonra azərbaycanlıların Rusiyada təzyiqə məruz qalmasını başa düşmək olmur. Sözügedən sazişlərə Rusiyanın güc strukturları tərəfindən xətt çəkilir. Belə bir hərəkəti onlar özbaşlarına edə bilməz. Güman ki, bununla bağlı müəyyən tapşırıqlar alıblar. Bu tapşırıqları verənlər də yuxarı mərtəbələrdə əyləşiblər. Bu iki ölkə arasında olan münasibətlərə zərbədir. Ola bilsin ki, Azərbaycanın müstəqil siyasəti onları qıcıqlandırır. Bu, reallıqdır, onlar bu reallığı qəbul etməli, baş verən hadisələrə görə üzr istəməli və izahat verməlidirlər”.
OXŞAR XƏBƏRLƏR