"Kuzey Kıbrıs Türk Cumhuriyyətinin prezidenti Ersin Tatarın Azərbaycana səfəri bu mövzuya beynəlxalq diqqətin artdığı bir dönəmə təsadüf etdi. Azərbaycan Qoşulmama Hərəkatında kifayət qədər nüfuzlu simadır. Bütün bunları nəzərə alsaq, demək olar ki, ölkəmizin təşəbbüsü ilə KKTC-nin prezedentinin Türkdilli ölkələrin zirvə görüşünə dəvət alması Azərbaycanın bu ölkəyə kifayət qədər diqqətinin olmasının göstəricisidir. Məhz buna görə də, bu diqqəti siyasi və təhlükəsizlik məsələləri üzrə bir neçə aspektdən dəyərləndirməliyik".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Azərbaycan Kuzey Kıbrıs Türk Cumhuriyyətini tanıyacaqmı? sualına cavab olaraq bu gün gündəlikdə yoxdur deyən politoloq, bunun yalnız Cənubi Kiprin Avropa Birliyinə üzvlüyündən sonra ola biləcəyini qeyd edib:
"Ölkənin tanınması haqda sual nə KKTC-nin, nə də Azərbaycanın gündəliyində var. Münasibətlərin inkişaf tempi onu göstərir ki, beynəlxalq nizamsızlıq adlandırdığımız siyasi müstəvidə müdafiəsiz ölkələrin müdafiəsi təşkil olunmalıdır. Cənubi Kiprinin Avropa Birliyinə üzvlüyü məsələsi ciddiləşərsə, o zaman türkdilli və müsəlman ölkələr Kuzey Kıbrıs Türk Cumhuriyyətini tanıya biləcək".
Günel