Polşa - Avstriya oyunun hakimləri məlum oldu

Polşa - Avstriya oyunun hakimləri məlum oldu
İDMAN
14:51 20.06.2024
192
İyunun 21-i futbol üzrə 2024-cü il Avropa Çempionatının (AVRO-2024) D qrupunun ikinci oyununda Polşa və Avstriya yığmaları üz-üzə gələcək.

AZXEBER.COM xəbər verir ki, Almaniyanın paytaxtı Berlindəki Olimpiya Stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Qrupdakı ilk görüşlərdə Polşa Hollandiyaya 2:1, Avstriya isə Fransaya 1:0 hesabı ilə uduzub.
 
Matçı türkiyəli hakim Halil Umut Meler idarə edəcək.

Məryəm
OXŞAR XƏBƏRLƏR