"Polşa artıq Ukraynaya tədarük edə biləcəyi bütün silahları Kiyevə verib".
Bu açıqlama ilə Polşanın baş nazirinin müavini, milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış çıxış edib.
"Polşa hökuməti, həm biz, həm də bizim sələflərimiz Ukraynaya milyardlarla dollarlıq silah tədarükünü həyata keçirmişik. Biz bilirik ki, Ukraynanın bir çox silah növlərinə ehtiyacı var, lakin Ukraynadan olan tərəfdaşlarımız başa düşməlidirlər ki, Polşa dövləti öz ehtiyatını da qoruyub-saxlamalıdır", - deyə nazir əlavə edib.
///oxu.az