Polşa millisinin sabiq qapıçısının “Barselona”ya keçidi rəsmiləşib

İDMAN
19:52 02.10.2024
309
"Arsenal”, "Roma”, "Yuventus” klublarının və Polşa millisinin sabiq qapıçısı Voytsex Şensnının "Barselona”ya keçidi rəsmiləşib.

34 yaşlı qolkiperlə 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Avqustun sonunda karyerasını başa vuracağını açıqlayan Şesni Mark-Andre ter Ştegenin yerinə qapıçı axtaran Kataloniya klubundan gələn təklifə görə futbolu davam etdirmək qərarına gəlib. Alman futbolçu dizindən ciddi zədə alıb və mövsümün sonuna kimi yaşıl meydanlardan kənarda qalıb.
 
///report

OXŞAR XƏBƏRLƏR