Polşa müttəfiqlərdən kömək gələnə qədər düşmən hücumuna qarşı bir-iki həftə müdafiə oluna bilər.
Bunu Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Dariuş Lukovski "Polsat News”a müsahibəsində bildirib.
O vurğulayıb ki, bu müddət ərzində NATO-dakı müttəfiqlərdən kömək gəlməlidir.
D.Lukovski, həmçinin qeyd edib ki, hər şey düşmənlə təmas zamanı yarana biləcək vəziyyətdən asılıdır.
"Düşünürəm ki, mübarizənin necə aparılacağından asılı olaraq müdafiə mövcud ehtiyatlarla bir və ya iki həftə davam edə bilər", - o bildirib.
"Polşanın yalnız beşgünlük müharibə üçün sursat ehtiyatının olması həqiqətdirmi?” sualına cavabında D.Lukovski vurğulayıb ki, bu, avadanlıqdan və döyüş vasitələrinin növündən asılıdır.
Onun sözlərinə görə, Polşa hazırda hərbi potensialının artırılması istiqamətində fəal iş aparır: "Ümid edirik ki, potensialımızı elə bərpa edəcəyik ki, Rusiya tərəfindən mümkün təcavüzə real şəkildə qarşı dura biləcəyik".
///report