Polşa prezidenti Almaniya və Litva ilə sərhədlərə qoşun yeridib

Polşa prezidenti Almaniya və Litva ilə sərhədlərə qoşun yeridib
DÜNYA
10:01 04.10.2025
157
Polşa prezidenti Karol Navrotski Silahlı Qüvvələrin bölmələrinin Almaniya və Litva ilə sərhədlərə yerləşdirilməsi ilə bağlı göstəriş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosu məlumat yayıb.

"2025-ci il oktyabrın 5-dən 2026-cı il aprelin 4-dək Almaniya Federativ Respublikası və Litva Respublikası ilə dövlət sərhədində Polşa Silahlı Qüvvələrinin qoşun və bölmələri dövlət sərhədinin toxunulmazlığını, habelə sərhəd keçid məntəqələrinin ərazi çıxışı daxilində və sərhəd zonasında təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi üçün istifadə olunacaq”, - məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, Polşa Silahlı Qüvvələri sərhədçilərə kömək etmək üçün yerləşdirilib.
 
 
\APA
OXŞAR XƏBƏRLƏR