Polşa Prezidenti elan olunmamış səfərlə Kiyevə gedib

Polşa Prezidenti elan olunmamış səfərlə Kiyevə gedib
SİYASƏT
11:27 28.06.2025
166
Polşa Prezidenti Andjey Duda elan olunmamış səfərlə Ukraynaya gedib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Prezident Administrasiyasına istinadən məlumat yayıb.

"Prezident Andjey Duda Kiyevə səfər edib. Səfərin proqramında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş var", - məlumatda bildirib.

Qeyd edək ki, iyun ayının əvvəlində Duda Ukrayna Prezidenti Volodimir Zelenskiyə prezidentlik müddəti başa çatanadək Ukraynaya səfər edəcəyini bildirmişdi.
 
///Report
OXŞAR XƏBƏRLƏR