Polşa prezidenti Türkiyəyə səfər edəcək

Polşa prezidenti Türkiyəyə səfər edəcək
DÜNYA
23:23 23.05.2021
590
Polşa prezidenti Anjey Dudanın Türkiyəyə rəsmi səfəri baş tutacaq.

Bu barədə "Haber Global” Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinə istinadən məlumat yayıb.

Məlumata əsasən, səfər çərçivəsində bir çox sahələrdə iki ölkə arasındakı münasibətlər nəzərdən keçiriləcək, əməkdaşlığın genişləndirilməsi üçün lazımi addımlar müzakirə olunacaq.

Keçiriləcək rəsmi görüşlər zamanı regional və qlobal gündəmə aid məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

Həmçinin, səfər çərçivəsində bir sıra ikitərəfli anlaşmaların imzalanması gözlənilir.
OXŞAR XƏBƏRLƏR