Polşa qırıcı təyyarələrini havaya qaldırıb

DÜNYA
18:57 25.02.2025
349
Polşa Rusiya aviasiyasının müşahidə olunan fəallığı ilə əlaqədar hərbi təyyarələri havaya qaldırıb.

Bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının "X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Məlumata görə, Rusiyanın Ukraynanın qərbindəki hərbi aktivliyi ilə əlaqədar Polşa hava məkanında hərbi aviasiya fəaliyyətə başlayıb.

Qeyd olunub ki, Polşa ordusu yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyat sistemlərini də hazır vəziyyətə gətirib.

Polşa Silahlı Qüvvələri bu tədbiri sonuncu dəfə fevralın 1-də tətbiq edib.
 
///report
OXŞAR XƏBƏRLƏR