Polşa Ukraynaya yardım üçün təyyarə göndərdi

DÜNYA
13:43 26.08.2024
133
Rusiyanın Ukraynaya hava hücumlarını artırmasından sonra Polşa hərbi təyyarə göndərib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polşanın PAP xəbər agentliyi məlumat yayıb.
  
Açıqlamada təhlükəsizliyin təmin edilməsi üçün bütün lazımi tədbirlərin görüldüyü bildirilib, bölgədə səs-küy səviyyəsində artım ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Bildirilib ki, Rusiyanın Tu-95 tipli bombardmançı təyyarələrinin havaya qalxması ilə əlaqədar bütün Ukrayna ərazisində hava hücumlarına qarşı sirenlər çalmağa başlayıb.
 
Ukrayna mediası da ölkənin bəzi bölgələrində partlayış səslərinin eşidildiyini bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR