Polşa XİN başçısı: “NATO Ukraynaya qoşun yeridə bilər”

Polşa XİN başçısı: “NATO Ukraynaya qoşun yeridə bilər”
DÜNYA
18:52 29.09.2022
311
"NATO Ukraynaya qoşun yeridə bilər”.

Bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib.

Onun sözlərinə görə, Rusiya nüvə silahından istifadə edərsə, Alyans cavab tədbiri kimi belə bir addım ata bilər.

Qeyd edək ki, daha əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev Rusiyanın özünü müdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə edə biləcəyini söyləmişdi.
OXŞAR XƏBƏRLƏR