Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər

Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
DÜNYA
14:38 25.08.2025
334
Polşada sabiq müdafiə naziri Mariuş Blasçak və prezidentin milli təhlükəsizlik müşaviri Slavomir Cenckiewicz-ə qarşı hərbi sənədlərin məxfiliyini çıxarmaq iddiası ilə ittiham aktı hazırlanıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qalmaqalın kökündə rusların hücumu zamanı ordunun Vistula çayına çəkilməsi ilə bağlı gizli planın sızdırılması dayanır.
 
Prokurorlar iki şəxs üçün 10 ilə qədər həbs tələb edib.
 
Prokurorluğun məlumatına görə, Blaşçak 2023-cü ilin yayında açıqladığı sənədlərdə keçmiş baş nazir Donald Tuskun rəhbərlik etdiyi hökumətin Rusiyanın şərqdən hücumu olacağı təqdirdə Vistula çayına çəkilməyi və ölkənin şərq hissəsini döyüşsüz tərk etməyi planlaşdırdığını açıqlayıb.
 
Keçmiş arxiv direktoru Cenckiewicz hazırda prezident Karol Nawrockinin müşaviri vəzifəsində çalışır.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR