Polşada NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər başlayıb

Polşada NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər başlayıb
DÜNYA
18:47 06.11.2022
302
Polşada Vişeqrad qrupuna daxil olan ölkələrin (Polşa, Çexiya, Slovakiya və Macarıstan) "PUMA-2022" təlimləri başlayıb..

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə yerli PAP agentliyi məlumat yayıb.

Təlimlərə ABŞ və Böyük Britaniya hərbçiləri də qatılıb.

Manevrlərin məqsədi müttəfiq qüvvələrin taktiki tədbirlərin planlaşdırılması, təşkili və keçirilməsidir.

Təlimlərdə 2 minə yaxın zirehli heyət, artilleriyaçı, istehkamçı, kimyaçı və 300-ə yaxın texnika iştirak edir.

Qeyd olunur ki, manevrlərin ssenarisində Ukraynadakı müharibədən öyrənilən təcrübə nəzərə alınıb. Təlimlər noyabrın 9-dək davam edəcək.
OXŞAR XƏBƏRLƏR