Polşa baş nazirinin müavini Yaroslav Kaçinski Almaniyanı Rusiya ilə yaxın münasibətlərdə ittiham edib.
AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, Almaniyanın "Die Welt" qəzetinə müsahibə verən Y.Kaçinski Rusiya-Ukrayna müharibəsinə toxunaraq deyib ki, Almaniya hökuməti illərdir Rusiya prezidenti Vladimir Putinin nə etdiyini görmək istəmirdi: "Niyə”sini bu gün görürük. Amma onlar uzun müddət Rusiyanın addımlarını görmək istəmirdilər. Rusiya təbii qazla müqayisədə neft ixracından 5 dəfə çox qazanır. Almaniya Rusiya neftinin idxalına embarqo qoymur və Ukraynaya kifayət qədər silah vermir”.
Polşanın ədliyyə naziri Zbiqnev Ziobro da Rusiya-Ukrayna müharibəsi ilə bağlı Rusiyanı hədəf alan sanksiyalara qarşı ən çox müxalif yaşamların Almaniyadan gəldiyini bildirib:
"Almaniya Rusiyaya qarşı sərt sanksiyalara qarşı ən mühüm rol oynaya bilər, amma bu mövzuda Macarıstan "günahkar” elan edildi. Müəmmalı olan da budur".