Almaniyanın analitik mərkəzinin Qərb ölkələrinin Rusiyanın birbaşa hücumuna hazırlaşmalı olduğunu deməsindən sonra Qərbdə yeni narahatlıqlar yaranıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici Əlaqələr Şurasının bəyanatında deyilir:
"Rusiya NATO ölkələri üçün ən böyük təhlükədir. Ukraynada gərgin münaqişələr başa çatdıqda, rəsmi Moskva silahlı qüvvələrinin yenidən qurulması üçün ən az 6-10 il lazım ola bilər”.
Almaniya Qərbi Rusiyanı müharibədən uzaqlaşdırmağa çağırıb və yalnız bu halda Avropada müharibə riskinin azala biləcəyinə işarə edib.
Lakin Polşa milli təhlükəsizlik agentliyi Rusiyanın bir neçə il ərzində NATO ölkələrinə hücum edə biləcəyini düşünür.
Polşa beynəlxalq sülh təşkilatının rəhbəri Jacek Siewiera hücumun NATO-nun Polşa, Estoniya, Rumıniya və Litva kimi ölkələrin daxil olduğu şərq cinahında baş verə biləcəyini iddia edib.
Siewiera həmçinin qeyd edib ki, Qərbin mümkün münaqişəyə hazırlaşması üçün 3 il vaxtı var.
Mikayıl