Polşadan Rusiyaya xəbərdarlıq: Cavabsız qoymayacağıq

Polşadan Rusiyaya xəbərdarlıq: Cavabsız qoymayacağıq
DÜNYA
23:57 20.08.2022
711

Polşa Rusiyanın Kalininqradda hipersəs raketlərini yerləşdirməsini cavabsız qoymayacaq.

Bunu Polşa Müdafiə Nazirliyinin dövlət katibi Voytsex Skurkeviç deyib.

"NATO-nun şərq cinahında yerləşən bir dövlət olaraq biz təhlükəni tam dərk edirik və hərəkətlərimiz Rusiyanın atdığı addımlara adekvat olacaq” – deyə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb.

O əlavə edib ki, real təhlükə yaranarsa, NATO Nizamnaməsinin 5-ci maddəsi avtomatik olaraq işə düşəcək.
OXŞAR XƏBƏRLƏR