Polşalı qız Mahirdən avtoqraf aldı, sevgisini etiraf etdi - FOTO

Polşalı qız Mahirdən avtoqraf aldı, sevgisini etiraf etdi - FOTO
İDMAN
12:24 23.09.2021
1441

Millimizin hücumçusu Mahir Emreli Polşada vurduğu qollarla "Legiya" azarkeşlərinin sevimlisinə çevrilib.

AZXEBER.COM xəbər verir ki, ötən gecə ölkə kuboku çərçivəsində "Viqri" ilə qarşılaşan Varşava təmsilçisinin oyununu izləmək üçün komandanın xeyli azarkeşi Suvalkiyə səfər edib. 

"Legiya" azarkeşlərindən biri isə "Səni sevirəm Emreli" pankartı ilə diqqətləri çəkib. Mahir Emreli isə oyundan sonra həmin azarkeşə yaxınlaşaraq avtoqraf verib.

Qeyd edək ki, "Legiya Varşava" "Viqri"ni 3:1 yenərək, 1/16-ə adlayıb. Hücumçumuz komandasının sonuncu qolunun müəllifi olub.  

 

OXŞAR XƏBƏRLƏR