Polşanın baş məşqçisi: Məğlubiyyətə görə təslim olmayacağıq

İDMAN
21:14 16.06.2024
158

Məğlubiyyətə görə təslim olmayacağıq.

Bunu Polşa millisinin baş məşqçisi Mixal Probej Niderland ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis matç boyu onlara dəstək olduğu üçün azarkeşlərə öz təşəkkürünü bildirib: "İlk növbədə, bütün polşalı azarkeşlərə, stadionda olanlara və oyunu televiziya vasitəsi ilə izləyən tərəfdarlarımıza təşəkkür edirəm. Məğlubiyyətə görə təslim olmayacağıq. Qarşıdakı iki matçda qalib gəlmək istəyirik. Düşünürəm ki, daha yaxşı çıxış edə bilərik".

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün D qrupunun ilk matçında Polşa Niderland yığmasına 1:2 hesabı ilə uduzub./report

OXŞAR XƏBƏRLƏR