Polşanın ən böyük hava limanı iki gecə çalışmayacaq

Polşanın ən böyük hava limanı iki gecə çalışmayacaq
DÜNYA
21:55 21.09.2025
309
Polşanın ən böyük hava limanı olan Varşavadakı Şopen hava limanı sentyabrın 27-i və 28-i gecə saatlarında heç bir uçuş həyata keçirməyəcək.

Bu barədə aeroportun Hava Hərəkətinə Nəzarət Xidmətindən məlumat verilib.

Bu qərarın səbəbi açıqlanmasa da, məlumatın bütün hava məkanı istifadəçilərinə çatdırıldığı bildirilib.

Eyni zamanda, Varşavada fəaliyyət göstərən digər iki hava limanı göstərilən vaxt ərzində iş qrafiklərində hər hansı dəyişiklik barədə məlumat verməyib.

Qeyd edək ki, sonuncu dəfə Şopen Hava Limanı müvəqqəti olaraq sentyabrın 10-da fəaliyyətini dayandırmışdı.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR