Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Ukraynaya hücumlarından sonra ABŞ prezidenti Trampa müraciət edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazir Trampa müraciət edərək, Putinin onun xoş niyyətindən istifadə etdiyini bildirib.
Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Sumı şəhərinə dünənki hücumu ilə bağlı ABŞ prezidenti Donald Tramp və onun administrasiyasına müraciət edib.
"Ümid edirəm ki, Tramp və onun administrasiyası Rusiya prezidenti Vladimir Putinin onların yaxşı niyyətlərini ələ saldığını görəcək və düzgün qərarlar veriləcək" deyən Sikorski, "Ukrayna bir ay əvvəl qeyd-şərtsiz atəşkəsi qəbul etdi. Krivoy Roq və Sumidəki iyrənc hücumlar Rusiyanın istehzalı cavabıdır" deyə qeyd edib.
Gülay