Avropa İttifaqı (Aİ) ölkələrinin, o cümlədən Polşanın vətəndaşları İsrail və İran arasında müharibənin başlamasından sonra regiondan təxliyədə göstərdiyi köməyə görə Azərbaycana minnətdardırlar.
Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
"Əminəm ki, vətəndaşlarımız və bütövlükdə Aİ ölkələri İsrail və İran arasında eskalasiya və hərbi əməliyyatların başlanmasından sonra bölgədən təxliyə üçün göstərilən köməyə görə minnətdardırlar”, - o deyib.