Polşanın yeni XİN başçısının adı açıqlandı

Polşanın yeni XİN başçısının adı açıqlandı
DÜNYA
19:35 12.12.2023
159
Polşanın yeni xarici işlər nazirinin adı açıqlanıb.

Bu barədə "Sputnik Armeniya” məlumat yayıb.

Bildirilib ki, Donald Tusk hökumətində Radoslav Sikoкski xarici işlər naziri olacaq.

Məlumata görə, Baş nazirin müavini, milli müdafiə naziri, Kəndlilər Partiyasının lideri Vladislav Kocsinyak-Kamış, Baş nazirin ikinci müavini və informasiyalaşdırma naziri Petr Qalkovski, daxili işlər və administrasiya başçısı Marçin Kervinski olacaq.

Qeyd edək ki, D.Tuskun bundan əvvəlki hakimiyyəti zamanında da R.Sikorski 2007-2014-cü illərdə XİN rəhbəri vəzifəsini tutub.

Donald Tusk hökuməti dekabrın 13-də and içəcək.
OXŞAR XƏBƏRLƏR