'Pomidor gözəli' dövlətdən vəzifə istəyir - FOTO

MAQAZİN
09:16 06.02.2013
1909
Türkiyənin tanınmış aktrisası, Azərbaycan tamaşaçılarının əsasən Şaban filmlərində müxtəlif obrazlarla tanıdığı Ayşən Qruda hökumətin atəşkəs üçün terrorçularla başlatdığı danışıq prosesinə dəstək verib. Aktrisa lazım olarsa dağlara, mağaralara gedərək terrorçularla şəxsən söhbət etməyə hazır olduğunu bildirib. Qruda, kürdlərin də nəticədə bir ana övladı olduğunu deyib.“Dövlət məni bu işlə vəzifələndirsin, heç qorxmadan mağaralara gedərəm, onları atəşkəsə razı salaram. Nağıl da danışsam mənə qulaq asarlar. Mənim şəxsiyyət vəsiqəmdə türk yazılıb. Amma ağlı başında olan bir insan üçün bunun heç bir əhəmiyyəti yoxdur. Sənədli filmdə gördüm, pul verirsiniz, bütün mənşəyinizi çıxarırlar. Mənə baxsalar bəlkə də hindu çıxaram”.Tərəfləri danışığa çağıran aktrisa müharibənin heç bir şeyi həll etmədiyini vurğulayıb. “Nə sübut etmək istəyirik və nəyin mübarizəsini aparırıq? O kürd uşaqları da ata-ana quzularıdır. Kiçik hesablar uucbatından iki tərəfdən də insanlar ölür. Bu işi vuruşaraq yox, danışıqlar yoluyla həll etməliyik. İnanıram ki, ağlı başında olan siyasətçilər bütün bunları görürlər”.

OXŞAR XƏBƏRLƏR