Poqba gəlməsə, Zidan gedəcək

Poqba gəlməsə, Zidan gedəcək
İDMAN
15:39 15.08.2019
3988
"Real"ın baş məşqçisi Zinəddin Zidan növbəti dəfə istefa verə bilər.
 
AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis rəhbərliyin transfer siyasətindən narazıdır. O, "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın alınmasını istəyir. Lakin klub prezidenti Florentino Peres bu keçidə qarşıdır. Bu səbəbdən baş məşqçi ilə prezident arasında münasibətlər soyuyub. Poqba "transfer pənrəcəsi"nin son gününə qədər alınmasa, Zidanın istefa verəcəyi iddia olunur.

Qeyd edək ki, ötən ilin yayında "Real"dan ayrılan Zidan bir müddət sonra yenidən komandaya qaytarılmışdı. 

Ötən gün isə Zidanla ulduzu barışmayan Beylin komandada qalmaq üçün Zidanın ayrılığını gözlədiyi barədə xəbər yayılmışdı.
OXŞAR XƏBƏRLƏR