Portuqaliya üçün Ronaldo şoku
Avropa Çempionatında final oyunu keçirilir. Portuqaliya ilə Fransa qitənin ən güclüsünü müəyyənləşdirir.
Goal.az xəbər verir ki, oyunda Portuqaliyanın uıduz futbolçusu Kriştianu Ronaldo oyunu yarımçıq tərk etməli olub. Buna səbəb Dmitri Paye ilə mübarizədə ciddi zədə alması olub. Futbolçu meydançanı göz yaşları ilə xərəkdə tərk edib.