Premyer Liqa: “Araz-Naxçıvan” və “Qəbələ” hərəyə 1 xalı bir qolla qazandılar

İDMAN
20:48 16.03.2024
161
Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.

"Report”un məlumatına görə, günün ikinci oyunu "Liv Bona Dea Arena”da keçirilib.

"Araz-Naxçıvan” autsayder "Qəbələ”ni qəbul edib. Matçda hesabı meydan sahibləri açıblar. Numan Kurdiç 42-ci dəqiqədə fərqlənib. Bosniya və herseqovinalı müdafiəçi 59-cu dəqiqədə yenidən diqqət mərkəzinə düşüb. 25 yaşlı oyunçu bu dəfə qırmızı vərəqə alaraq komandasını son yarım saatda meydanda azlıqda qoyub.

Say çoxluğundan yararlanan "qırmızı-qaralar” tezliklə "status-kvo”nu bərpa ediblər. 67-ci dəqiqədə Osama Xalaylanın yaxın məsafədən zərbəsi qarşısıalınmaz olub. Kaxaber Sxadadzenin yetirmələri qalibiyyət qolu üçün bütün gücləri ilə irəli atılsalar da, bunu reallaşdıra bilməyiblər.

Nəticədə komandalar 1:1 hesablı heç-heçə ilə barışmalı olublar. Bərabərlik sayəsində "Araz-Naxçıvan” xal ehtiyatını 32-yə, "Qəbələ” isə 16-ya çatdırıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi” "Səbail”i 3:0, "Zirə” "Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. "Turan Tovuz” – "Qarabağ” və "Sumqayıt” – "Sabah” görüşləri martın 17-də keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər