Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq.
Turun son günündə iki oyun keçiriləcək.
Günün ilk matçında "İmişli” "Şamaxı”nı qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək görüşün baş hakimi Rauf Cabbarov olacaq.
Hazırda "İmişli” 7 xalla turnir cədvəlinin 9-cu, "Şamaxı” isə 13 xalla 7-ci pilləsində qərarlaşıb.
Turun mərkəzi qarşılaşmasında isə "Sabah” "Qarabağ”la üz-üzə gələcək. Yenilənmiş "Dalğa Arena”da keçiriləcək oyunu Rəşad Əhmədov idarə edəcək.
Valdas Dambrauskasın rəhbərlik etdiyi "Sabah” 19 xalla turnir cədvəlinə başçılıq edir. Qurban Qurbanovun komandası isə 17 xalla 3-cü yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan” "Qəbələ”yə (1:2), "Şəfa” "Kəpəz”ə (1:2) məğlub olub. "Zirə” "Sumqayıt”ı 3:2 hesabı ilə üstələyib. "Neftçi” – "Turan Tovuz” matçı isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Azərbaycan Premyer Liqası
IX tur
25 oktyabr
15:00. "İmişli” – "Şamaxı”
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Yevlax şəhər stadionu
18:00. "Sabah” – "Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Dalğa Arena”
///teleqraf///











































