Premyer Liqa: "Turan Tovuz" səfərdə "Sumqayıt"ı məğlub etdi

Premyer Liqa: "Turan Tovuz" səfərdə "Sumqayıt"ı məğlub etdi
İDMAN
22:04 04.10.2025
253
Misli Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

AZXEBER.COM xəbər verir ki, günün ikinci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la üz-üzə gəlib.

Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 34-cü dəqiqədə Joralem Batista, 58-ci dəqiqədə Aleks de Souza fərqlənib. 90+cü dəqiqədə Ayxan Hüseynov adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran Tovuz klubu birinci pilləyə yüksəlib. "Gənclik şəhəri" təmsilçisi 11 xalla beşinci sıradadır.

Günün ilk matçında "Qarabağ" "Kəpəz"i məğlub edib - 1:0.

Qeyd edək ki, VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
OXŞAR XƏBƏRLƏR