Premyer Liqa: "Zirə" "Kəpəz"ə qalib gəlib

İDMAN
21:16 24.02.2025
373
Misli Premyer Liqasının XXIV turundan təxirə salınmış oyunda "Zirə” "Kəpəz”ə qalib gəlib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə meydan sahibləri 2:0 hesablı qələbəyə sevinib.

Hesabı 62-ci dəqiqədə Rafael Utziq açıb. 90+2-ci dəqiqədə Rüstəm Əhmədzadə yekun hesabı müəyyənləşdirib.

"Zirə” hazırda turnir cədvəlində 45 xalla ikincidir. Doqquzuncu pillədə qərarlaşan "Kəpəz”in isə 19 xalı var.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Araz-Naxçıvan” "Səbail”lə (0:0), "Qarabağ” "Sabah”la (1:1) heç-heçə edib.”Turan Tovuz” səfərdə "Şamaxı”nı, "Neftçi” isə "Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib.
OXŞAR XƏBƏRLƏR