Premyer Liqada mövsümə start verildi

İDMAN
21:24 04.08.2012
1295

Bu gün keçirilən üç oyunla XXI Azərbaycan çempionatına start verilib.

AZXEBER.COM-un PFL-ə istinadən verdiyi məlumata görə, Premyer Liqanın açılış oyunlarından biri Gəncədə yerli "Kəpəz" və "Turan" komandaları arasında keçirilib.

Açılış oyunundan öncə komandaların kapitanları tərəfindən Azərbaycan himninin sədaları altında dövlət bayrağını qaldırılıb.

Premyer Liqanın açılış oyununda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edib.  

Qeyd edək ki, "Kəpəz" - "Turan" matçı 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

OXŞAR XƏBƏRLƏR