Premyer-Liqanın 19-cu turunda mövsüm rekordu müəyyən olunub

Premyer-Liqanın 19-cu turunda mövsüm rekordu müəyyən olunub
İDMAN
17:51 03.02.2014
1044

Azərbaycanın futbol üzrə Topaz Premyer-Liqasının 19-cu turunda böyük qələbələrin sayına görə mövsüm rekordu müəyyən olunub.

AZXEBER.COM PFL-in saytına istinadən xəbər verir ki, “Neftçi” və “Qəbələ” rəqiblərinə eyni 3:0 hesabı ilə qalib gəlib.

“Bakı”-“Rəvan” qarşılaşması 5:1 hesabı ilə başa çatıb.Daha əvvəl 2013/1014-cü ilin 4-cü mövsüm turunda 2 yüksək nəticə qeydə alınıb. Sonuncu dəfə Premyer-Liqanın ən böyük qələbələri keçən mövsümün 3-cü turunda baş tutub.

OXŞAR XƏBƏRLƏR