Prezident Administrasiyasından Rusiya telekanalında yayımlanan bu verlişə sərt reaksiya - VİDEO

SİYASƏT
17:01 23.07.2014
2026

Rusiyanın RBK kanalında Dağlıq Qarabağla bağlı veriliş yayımlanıb.

AZXBEBER.COM-un məlumatına görə, ötən gün yayımlanan veriliş RBK kanalının əsas xəbər buraxılışından sonra efirə gedib. Verilişdə politoloq Aleksey Martınov və Qondarma Dağlıq Qarabağ Respublikasının XİN-nin müşaviri Arsen Melik-Şaxrazarov iştirak edib.

İyirmi dəqiqəyə yaxın davam edən verilişdə qonaqlar Azərbaycan əleyhinə bir sıra əsassız fikirlər səsləndiriblər. Onlar Azərbaycanın Dağlıq Qarabağla bağlı bütün iddialarını absurd hesab etdiklərini deyiblər. Verilişdə həmçinin Qondarma DQR-dan süjet yayımlanıb və qeyd olunub ki, yerli əhaliyə Rusiya dövləti yardım edir. Bundan başqa ABŞ və Fransanın da DQR ilə isti münasibəti olduğu bildirilib.

Məsələ ilə bağlı Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da şəxsi Tvitter səhifəsində öz mövqeyini bildirib:

"RBK kanalı 2 ermənini dəvət edərək Dağlıq Qarabağın ətrafında rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparır".

Prezident Adminstrasiyası rəsmisinin sözlərinə görə, RBK özünü neytral kanal kimi göstərərək, təəssüf ki, məkrli niyyətə xidmət edir: "Bu kanal yalan məlumatlarla ictimaiyyəti aldadaraq mövqe formalaşdırmağa çalışır".

Həmin verilişi təqdim edirik:

OXŞAR XƏBƏRLƏR