Prezident Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayırdı

Prezident Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayırdı
SİYASƏT
13:45 04.06.2025
455
Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

AZXEBER.COM-un məlumatına görə, sənədə əsasən, Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Prezidentin Ehtiyat Fondundan Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılıb.

Xatırladaq ki, Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının finalında Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub edib.
OXŞAR XƏBƏRLƏR