Prezident “Azərsu”ya 15 milyon manat ayırdı

Prezident “Azərsu”ya 15 milyon manat ayırdı
SOSİAL
18:44 26.10.2017
1087
Prezident İlham Əliyev "İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam izmalayıb.
 
AZXEBER.COM-un məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikası regionlarının davamlı inkişafı, əhalinin sağlamlığının qorunması və layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu baxımdan əhaliyə verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması daim dövlətin prioritetləri sırasındadır və bu sahədə müntəzəm işlər görülməkdədir. Son illər qəbul olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində regionların içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, sakinlərin içməli su ilə fasiləsiz təminatı sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətini artırmaq, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunmasının başlıca meyarlarından biri olan dövlət standartlarına uyğun keyfiyyətli içməli suyun fasiləsizliyini təmin etmək, habelə istehlak edilən suyun uçotunu dəqiq aparmaq və itkilərin qarşısını almaq məqsədilə müvafiq suölçən cihazların quraşdırılması başlıca şərtdir. Sərəncamla əhali qrupu istehlakçılarının suölçən cihazlarla təmin edilməsi üçün "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb
21:41 28.06.2025
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
21:21 28.06.2025
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
20:57 28.06.2025
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
20:36 28.06.2025
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
20:27 28.06.2025
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
20:01 28.06.2025
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri