Prezident: “Beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi”

Prezident: “Beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi”
SİYASƏT
16:43 25.09.2023
826
"Beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı bildirib ki, qanunsuz erməni hərbi birləşmələri təslim olub və şərtləri qəbul edib: "Onlara humanitar yardımlar, o cümlədən ərzaq məhsulları, dərmanlar göndərildi”.

Prezident qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdırlar.
OXŞAR XƏBƏRLƏR