Prezident Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyasının iştirakçılarına müraciət edib

Prezident Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyasının iştirakçılarına müraciət edib
SİYASƏT
18:12 12.10.2025
212
Prezident İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçılarına müraciət edib.

AZXEBER.COM xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları,

Sizi Beynəlxalq Hakimlər Assosiasiyasının Bakı şəhərində keçirilən 67-ci illik iclasında səmimi-qəlbdən salamlayır, ədalət mühakiməsinin inkişafına və hakimlərin müstəqilliyinin təmin olunmasına həsr edilən bu mötəbər tədbirin işinə uğurlar arzulayıram.

Özündə 100-ə yaxın ölkənin milli hakimlər assosiasiyalarını birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyası yarandığı gündən bəri hakimlərin müstəqilliyinin müdafiəsi, qanunun aliliyinin möhkəmləndirilməsi, ədalət mühakiməsinin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində mühüm təşəbbüslərə imza atmış vacib təsisata çevrilmişdir. Bu gün Beynəlxalq Hakimlər Assosiasiyası eyni zamanda hüquqi dövlət quruculuğunun əsas dayaqlarından biri olan məhkəmə sisteminin təkmilləşdirilməsi üçün beynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır.

Azərbaycanın Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasına ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin qlobal nüfuzunun göstəricisi, beynəlxalq hüquq ictimaiyyəti tərəfindən onun məhkəmə-hüquq sisteminə olan inam və etimadının əyani təzahürüdür.

Bu mötəbər tədbirin məhz bu il Azərbaycanda keçirilməsi ölkəmiz və bütün hüquq ictimaiyyətimiz üçün xüsusi rəmzi məna daşıyır. 2025-ci il Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan olunmuşdur. 30 il əvvəl – 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Konstitusiyada təsbit olunmuş prinsiplər əsasında ölkəmizdə müstəqil, üçpilləli məhkəmə sistemi formalaşmış, hakimiyyət bölgüsü, insan hüquqlarının qorunması və qanunun aliliyi dövlət idarəçiliyinin əsas dayaqlarından birinə çevrilmişdir. Azərbaycan işğal altında olan torpaqlarını azad edərək Əsas Qanunda ali niyyət olaraq bəyan edilmiş ərazi bütövlüyünü və suverenliyini təmin etməyə nail oldu.

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir. İnsan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi ədalət mühakiməsinin rolununun daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycanda genişmiqyaslı tədbirlər görülür. Ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində məhkəmə fəaliyyətinin səmərəliliyi artırılmış, vətəndaşların ədalət mühakiməsinə müraciət imkanları genişləndirilmiş, hakimlərin müstəqilliyi möhkəmləndirilmişdir. Eyni zamanda, informasiya texnologiyalarının və rəqəmsal həllərin tətbiqi ilə məhkəmə idarəçiliyində şəffaflıq və çeviklik təmin olunmuş, vətəndaşların məhkəmələrə əlçatanlığının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar cəmiyyətdə ədalət mühakiməsinə inamın güclənməsinə, məhkəmələrin hüquqi dövlətin əsas sütunlarından biri kimi mövqeyinin möhkəmlənməsinə xidmət etmişdir.

Müasir dövrün çağırışları, qlobal miqyasda baş verən sosial-iqtisadi transformasiya, sürətlə inkişaf edən rəqəmsallaşma, yeni texnologiyaların, xüsusilə də süni intellektin tətbiqi məhkəmə sistemlərindən daim adaptasiya olunmağı, yeni yanaşmaları tətbiq etməyi tələb edir. Bu baxımdan, Beynəlxalq Hakimlər Assosiasiyasının illik iclasları müasir reallıqlar fonunda məhkəmə-hüquq sistemlərinin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi, onların qarşısında duran çağırışlara cavab verilməsi üçün faydalı təcrübə mübadiləsi və səmərəli dialoq platformasıdır.

Əminəm ki, Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasında aparılacaq fikir mübadiləsi, qəbul ediləcək tövsiyələr və nəticələr hakimlərin müstəqilliyinin möhkəmlənməsinə, ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına, qanunun aliliyinin və insan hüquqlarının müdafiəsinin daha etibarlı təmin olunmasına, eləcə də beynəlxalq həmrəyliyin inkişafına mühüm töhfələr verəcəkdir.

Sizi Bakıda bir daha ürəkdən salamlayır, 67-ci illik iclasın işinə uğurlar arzulayıram".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Namiq xanımından yazdı: Bu ocağın sönməsi üçün əllərindən gələni etdilər
20:36 12.10.2025
Namiq xanımından yazdı: Bu ocağın sönməsi üçün əllərindən gələni etdilər
Goranboyda iki yeniyetməni maşın vurub
20:30 12.10.2025
Goranboyda iki yeniyetməni maşın vurub
Paşinyan Misirdə keçiriləcək Yaxın Şərq Sülh Sammitində iştirak edəcək
20:05 12.10.2025
Paşinyan Misirdə keçiriləcək Yaxın Şərq Sülh Sammitində iştirak edəcək
Allahşükür Paşazadə ABŞ-də ravvinlə görüşdü
19:56 12.10.2025
Allahşükür Paşazadə ABŞ-də ravvinlə görüşdü
Zelenski iki gündə Trampla iki dəfə telefonla danışıb
19:41 12.10.2025
Zelenski iki gündə Trampla iki dəfə telefonla danışıb
Goranboyda 14 yaşlı və 12 yaşlı qızları maşın vurdu
19:32 12.10.2025
Goranboyda 14 yaşlı və 12 yaşlı qızları maşın vurdu
İran Misirdə Sülh Sammitində iştirakdan imtina edib
19:16 12.10.2025
İran Misirdə Sülh Sammitində iştirakdan imtina edib
Ermənistanın müdafiə naziri ABŞ-a səfər edib
18:49 12.10.2025
Ermənistanın müdafiə naziri ABŞ-a səfər edib
Azərbaycan Prezidenti: Bu gün Beynəlxalq Hakimlər Assosiasiyası beynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır
18:27 12.10.2025
Azərbaycan Prezidenti: Bu gün Beynəlxalq Hakimlər Assosiasiyası beynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır
İlham Əliyev: Müasir dövrün çağırışları məhkəmə sistemlərindən daim adaptasiya olunmağı tələb edir
18:20 12.10.2025
İlham Əliyev: Müasir dövrün çağırışları məhkəmə sistemlərindən daim adaptasiya olunmağı tələb edir
Prezident: Azərbaycanda hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir
18:14 12.10.2025
Prezident: Azərbaycanda hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir
Prezident Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyasının iştirakçılarına müraciət edib
18:12 12.10.2025
Prezident Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyasının iştirakçılarına müraciət edib
Bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək
17:53 12.10.2025
Bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək
Prezident İlham Əliyev Misirdə işgüzar səfərdədir
17:31 12.10.2025
Prezident İlham Əliyev Misirdə işgüzar səfərdədir
Gəncədə avtomobil qəzası olub, xəsarət alanlar var
17:16 12.10.2025
Gəncədə avtomobil qəzası olub, xəsarət alanlar var
Azərbaycan XİN İspaniyanı təbrik edib
16:46 12.10.2025
Azərbaycan XİN İspaniyanı təbrik edib