Biz ABŞ Prezidenti Donald Trampa Azərbaycan və Ermənistanın razılaşmasına kömək etmək istəyinə görə minnətdarıq.
AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə bildirib.
Dövlət başçısı qeyd edib ki, Tramp müharibə başlatmayan yeganə ABŞ Prezidentidir:
"Onun hakimiyyətdə olduğu qısa müddətdə görünür ki, bu insan müharibələri bitirir".