Prezident Bruney Sultanını təbrik edib

Prezident Bruney Sultanını təbrik edib
20:30 22.02.2013
1081

İlham Əliyev Bruney-Darüssalamın milli bayramı münasibətilə Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb. AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir: "Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Bruney-Darüssalam arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir". İlham Əliyev Hacı Həssənal Bolkiaha möhkəm cansağlığı, işlərində uğurlar, Bruney-Darüssalamın dost xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

OXŞAR XƏBƏRLƏR