Azərbaycan Prezidenti İlham Əliyev kino sahəsi işçilərinin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam verib.
Sərəncama əsasən, bu sahədə səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif ediliblər:
Ağayev Xanlar Ağakərim oğlu
Həsənov Mahir Məhəmməd oğlu
Hüseynov Əlisəfdər Mürsəl oğlu.
***
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda kino sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
Əlizadə Oqtay Mahmud oğlu
Rzayev Nazim İsrafil oğlu.