Bu gün Azərbaycan sabit iqtisadi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 30-cu "Caspian Oil and Gas”, 13-cü "Caspian Power” və 30-cu "Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında deyib.
Azərbaycan genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlət başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb.