Prezident: “Bu lövhə erməni fərariliyinin təzahürüdür”

Prezident: “Bu lövhə erməni fərariliyinin təzahürüdür”
SİYASƏT
16:41 12.04.2021
694
Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb, işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər. Bir löhvə düzəltmişdilər ki, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıblar. Əslində o hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı etdiyi etnik təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlakını qoyub bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular. Ermənilər o lövhəni xarici turistlərə nümayiş etdirərək, öz ordusunun gücünü göstərməyə çalışırdılar, mif yaratmağa çalışırdılar ki, guya Ermənistanın məğlubedilməz ordusu var, azərbaycanlılar isə öz şəxsi maşınlarını qoyub öz torpaqlarından çıxmışdılar. Biz bunu unutmamışıq.

Bu sözləri bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib.

"Bu lövhə isə erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir. 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib və ya hərbi qənimət kimi götürülmüşdür. Müharibənin getdiyi dövrdə mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik. Dekabrın 10-da keçirilmiş hərbi paradda bu löhvə nümayiş etdirildi, Azadlıq meydanında, bütün xalqımızın gözü qarşısında Ermənistanın məğlubiyyəti, erməni fərariliyi bir daha göstərildi. Və bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir. Burada sərgilənən yük maşınlarının nömrələri sadəcə götürülmüş texnikanın kiçik hissəsini təşkil edir. Hər bir insan, Azərbaycan vətəndaşı, ölkəmizin qonağı bura gələrək bu lövhəni görəcək, ermənilər də bunu görsünlər. Görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur onlara verilən cavab. Qarabağ Azərbaycandır!”. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
22:52 10.10.2026
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
22:43 10.10.2026
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
22:36 10.10.2026
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
22:27 10.10.2026
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
22:18 10.10.2026
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
22:12 10.10.2026
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
22:03 10.10.2026
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
21:56 10.10.2026
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
21:49 10.10.2026
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
21:42 10.10.2026
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
21:32 10.10.2026
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
21:23 10.10.2026
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
21:17 10.10.2026
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
21:10 10.10.2026
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
21:01 10.10.2026
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
20:52 10.10.2026
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib