Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında - FOTOLAR

SİYASƏT
10:05 05.08.2024
270
Avqustun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xətai rayonu ərazisində "Cavanşir” körpüsünün yerində inşa olunmuş şəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışında iştirak edib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru Azər Nemətli dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və tıxac probleminin nisbətən azaldılması məqsədilə Xətai rayonu ərazisində Üzeyir Hacıbəyov küçəsində yerləşən və uzun illər istismar edildiyindən yükgötürmə qabiliyyətini itirmiş, uzunluğu 202 metr, eni 17,3 metr təşkil edən 12 aşırımlı "Cavanşir” körpüsü sökülərək, yerində şəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işləri həyata keçirilib. Dörd hərəkət zolaqlı yeni yolun uzunluğu 400 metrdir.

Məlumat verildi ki, həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyada səkiləri salınıb. Layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda və yol kənarlarında əlavə abadlıq işləri görülüb, münbit torpaq qatı verilərək yeni yaşıllıq ərazilər salınıb, ən müasir işıqlandırma sistemi yaradılıb.

Xatırladaq ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən, uzunluğu 202, eni 17 metr olan "Cavanşir” yolötürücüsü dəmir yolu vasitəsilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilmişdi. Həmin ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsi, həmçinin yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə cavab vermədiyi nəzərə alınaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilmişdi.
 

 

 

 

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq